18 fevral 2025 at 21:17
Jurnalist kodu: 5564
Xəbər kodu: 85755350
T T
0 Persons
General Hacızadə: Əl-Əqsa Tufanı HƏMAS tərəfindən planlaşdırıldı və icra edildi

Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əl-Əqsa Tufanı əməliyyatının HƏMAS tərəfindən planlaşdırılaraq icra edildiyini bəyan edərək deyib: “Sionist rejim Əl-Əqsa Tufanı əməliyyatında öz etibarını itirdi.”

General-mayor Əmirəli Hacızadə bazar ertəsi axşam saatlarında “Səfi-əvvəl” (Birinci sıra) verilişində regionda baş verən hadisələr və “Doğru Vəd” əməliyyatının hələ də açıqlanmayan detalları barədə deyib: “Bu hadisələr dövrü fələstinli mücahidlərin Əl-Əqsa Tufanı əməliyyatı ilə başladı. Region və Qərbi Asiya çoxlu dəyişikliklərə məruz qalır və müxtəlif dövrlərdə bir çox hadisələr baş verib və dünyada bir çox hadisələrin mənbəyi olub.”

“Lakin son hadisələr HƏMAS-ın planlaşdırdığı və icra etdiyi Əl-Əqsa Tufanı əməliyyatı ilə başladı. HƏMAS bu əməliyyatla sionist rejimini strateji məğlubiyyətə uğratdı. Sionist rejim kəşfiyyat, təhlükəsizlik və hərbi imkanlar baxımından uğursuzluğa düçar oldu və etibarını itirdi. Son bir neçə onillikdə qazandığı etibarı itirdi” - deyə, SEPAH Aerokosmik Qüvvələrinin komandanı əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .